Cinayət hüququnda “əsas şübhələrdən kənar” sübutetmə standartı tətbiq olunur. Bu standart dolayısı yolu ilə cinayət prosesual hüquqda müəyyən olunubdur. Mülki prosesual hüquqda isə sübutetmə standartı barədə qeyd yoxdur. Yerli məhkəmələrimiz, bu “boşluqu” cinayət presesinə xas olan “əsaslı şübhədən kənar” sübutetmə standartı ilə doldurmağa çalışırlar. Bu yanaşma Avropa İnsan Hüququları Məhkəməsi təcrübəsinin yerli məhkəmələr tərəfindən yalnış tədbiqi nəticəsində əmələ gəlibdir. Mülki prosesual hüquqda “sübutların üstünlüyü” sübutetmə standartı tətbiq edilməlidir.