Sirr deyil ki, müasir dövrdə iqtisadi inkişafın əsas dəstəkçisi korporativ sektordur. Azərbaycan şirkətlərinin müasir dövrün tələblərinə layiqincə cavab verə bilmələri üçün inkişaf etmiş və effektiv korporativ idarəetmə və korporativ qanunvericilik sisteminin mövcud olması zəruridir. Bu kontekstdə ölkədə korporativ idarəetmənin beynəlxalq səviyyədə qəbul edilmiş prinsiplərinin tətbiq edilməsi çox vacibdir.

Tətbiq edilməsi vacib hesab olunan prinsiplərdən biri, müqavilə azadlığı prinsipini korporativ münasibətlərin tənzimlənməsində daha böyük rol oynamasına yol açmaqdır. Təsis sənədləri vasitəsi ilə iştirakçıların münasibətlərini tam tənzimləmək mümkün olmadiğından, səhmdarlar öz münasibətlərini (hüquq və öhdəliklərini) daha dəqiq şərtləndirmək üçün müqavilədən istifadə zərurəti yaranir. Nizamnamə ilk növbədə cəmiyyət üçün vahid qaydalari müəyyən edir və bu qaydalar ilk növbədə cəmiyyətin idarəetmə üsulu əks etdirir, iştrakçılar və cəmiyyət arasinda münasibətləri tənzimləyir, səhmdarlar müqaviləsi isə istənilən müqavilə kimi, tərəflərin iradəsi və maraqlarınin nəticəsi kimi çıxış edir. Bu müqavilənin korporativ münasibətlərdə istifadəsi, tərəflərin iqdisadi maraqlarinin hüquqi tənzimlənməsinə imkan verir.

Aydındır ki, hətta mükəmməl korporativ qanunvericilik, məqsədləri və münasibətləri fərqli olan tərəflər üçün müqavilə ilə tənzimlənən münasibətləri əvəz edə bilməz. Məhz bu keyfiyətlərdən istifadə imkanları, səhmarlar müqaviləsinin geniş inkişafına səbəb olub[1].

  1. Problemin aktuallığı

Azərbaycanda, iştırakcıların münasibətlərini əlavə tənzimlənməsinə zərurət, yerli korporativ qanunvericiliyinin zəifliyindən irəli gəlir, bu öz növbəsində iştirakçiların imkanlarını məhdudaşdırır. Bu günə kimi korporativ münasibətləri müqavilə vasitəsi ilə tənzimlənməsi üçün hüquqi baza mövcud deyil. Bu səbəbdən, bir çox xarici şirkətlərin iştirakı ilə olan korporativ münasibətlərdə istifadə olunan səhmdarlar müqaviləsi xarici qanunvericiliyə əsaslanmalı olur.[2] Təcrübədə səhmdarlar müqavilələrin yerli qanunvericiliyinin tətbiqi ilə bağlanmasına rast gəlmək olar, lakin tərəflər bu razılaşmanın şərtlərinin müəyyən edilməsində və mübahisə yarandıqda məhkəmə müdafiəsi zamanı məhdud imkana malikdirlər.

Yerli korporativ qanunvericiliyə müvafiq dəyişikliklər və əlavələr etməklə səhmdarlar müqaviləsi institutunu daha geniş istifadəsinə və bununla da iştirakçıların biznes münasibətlərində yerli qanunvericiliyin tətbiqinə nail olmaq olar.

  1. Səhmdarlar müqaviləsinin predmeti

Səhmdar müqaviləsinin predmeti onun tərəflərinin müqavilə ilə müəyyən edilmiş qaydada hüquqları icra etmək və ya etməmək öhdəliyidir. Bu müqavilə çərçivəsində tərəflər aşağıdan öhdəlikləri təsbit edə bilərlər:

  • müəyyən edilmiş qaydada səs vermək (ümumi yığıncaqda);
  • digər səhmdarlarla birgə səsverməni razılaşdırmaq;
  • əvvəl müəyyən edilmiş qiymətlə səhmlərin alınması və özgəninkişəşdirməsi;
  • müəyyən edilmiş hallarda (hallar baş verdikdə) səhmlərin alqı-satqı şərtləri;
  • müəyyən hallarin baş verməsindən əvvəl səhmlərin özgəninkiləşdirməkdən çəkinmək;
  • cəmiyyətin idarəetməsi, fəaliyyəti ilə bağlı digər hərəkətləri etmə

Cəmiyyətin idarəetmə orqanının göstərişi ilə səsvermədə iştirak etmək səhmdar razılaşmanın predmeti ola bilməz. Çünki müqavilənin məqsədi tərəflərin öz maraqlarının razılaşdırmasından ibarətdir, bu maraqlarin idarəetmənin maraqlarına uyğunlaşdırmaq deyil[3].

Səhmdar müqaviləsi yalnız onun tərəfləri üçün öhdəlik yaradır. Lakin tərəflərdən birinin müqavilənin şərtlərini pozması cəmiyyətə müəyyən formada təsir edə bilər mi sualı var.

Məsələn, müqavilə ilə müəyyən edilmiş səsvermə şərtlərinin pozulması ilə qəbul edilmiş ümumi yığıncağın qərarı etibarsız hesab edilə bilər mi?

Təəssüf ki, Bu suala cavab birmənalı deyil.

Səhmdarlar müqavilə üzrə öhdəliklərinin icrası üçün təminatlar müəyyən edilir, müqavilədə həmçinin öhdəliklərin icra edilmədiyi halda mülki-hüquqi məsuliyyət əks oluna bilər. Tərəflərin öz hüquqlarının müdafiəsi üçün aşagdaki vasitələri qeyd etmək olar[4]:

  • müqavilənin pozulması ilə yaranmiş zərərin ödənilməsi;
  • cərimə (dəbbə pulu) tutulması;
  • müqavilədən qeyd olunan qaydada hesablanmış kompensasiyanın ödənilməsi və digə
  1. Səhmdar Müqaviləsi kimə lazımdır?

Bu razılaşma vasitəsi ilə səhmdarlar öz maraqlarının razılaşdırılması üçün effektiv mexanizm yaradaraq cəmiyyətin optimal idarəetməsini təmin edə bilərlər. Səhmdar razılaşmaya aşağıdaki halları nizamlayan şərtləri daxil etmək mümkündür[5]:

  • Direktorlar Şurasında yerlərin bölünməsi və təsir güclərinin (imkanlarının) balanslaşdırması (direktorlar şurasının üzvlərinin sayi, namizədliyin irəli sürülməsi və seçilmə qaydalari, müəyyən səhmdarların maraqlarını təmsil edən direktorların seçilmə şərtləri, müstəqil üzvlərin seçilməsi və)
  • Cəmiyyətin səhmlərinin alqı-satqısı üçün müxtəlif məhdudiyyətlər (müəyyən müddətədək satmamaq şərti, digər səhmdarların razılıgı ilə satmaq). Müəyyən səhmdarın səhmlərin alınmasında üstünlük hüququ. Səhmdara məxsus olan səhmlərin faiz nisbətini artırmaq məqsədilə digər iştirakçıların səhmləri almasına qadağa qoyulması.
  • Ümumi Yığıncag və Direktorlar Şürası tərəfindən qəbul olan qərarların qəbul edilməsi üçün xüsusi tələblərin müəyyən edilməsi (qərarların qəbul edilməsi üçün yüksək kvorumların müəyyən edilməsi).
  • İdarəetmə organların üzvləri arasında yaranmiş mübahisələrin və səsvermə proseslərdə “deadlock” halların həlli qaydaları.
  • Səhmdarların səsvermə hüquqlarının məhdadlaşdırılması (müqavilədə müəyyən edilmiş qaydada səsvermədə iştirak öhdəliyi və ya səsvermə səsvermə şərtlərin qabaqcadan razılaşdırmaq öhdəliyi).

Səhmdarlar müqaviləsi həmçinin minoritar səhmdarlar üçün maraq kəsb edir. Bu razılaşmalar, cəmiyyətin idarəetməsinə minoritar səhmdarların təsirinin artırılması üçün istifadə olunur. Həmçinin bu növ razılaşma bağlayaraq minoritarlar özlərini cəmiyyətin idarəetmə orqanları və majoritar səhmdarlar tərəfindən sui-istifadələrində qoruya bilərlər. Birləşərək minoritar səhmdarlar razılaşmada bir sıra şərtlər müəyyən edə bilərlər və bununla öz hüquqlarını icrası ilə bağlı razılaşmaların həyata keçirilməsinə əmin ola bilərlər. Məsələn;

  • Ümumi Yığıncaqda müəyyən və ya bütün məsələlərdə razılaşma ilə müəyyən edilmiş qaydada səs vermə
  • Səhmdar razılaşmanın digər iştirakçıları ilə öz səsvermə variantını razılaşdırmaq
  • Digər səhmar hüquqların icrasın tərəflərlə razılaşdırmaq.
  • Idarəetmə organlarına irəli şürülən namizələri razılaşdırmaq və
  1. Hazırkı qanunvericiliyin vəziyyəti və təkliflər

Səhmdar cəmiyyətlərdə bu növ müqavilə korporativ mübahisələrin həlli, minoritar və majoritar səhmdarlar arasında münasibətlərin tənzimlənməsində ideal vasitə kimi çıxış edə bilər. Hazırki qanunvericilikdə səhmdar razılaşmasının bağlanması nəzərdə tutulmayıb, ancaq konkret qadağa da yoxdur. Bu sahənin tənzimlənməməsi səbəbindən, bu müqaviləni bağlamaq istəyən yerli şirkətlər bir çox problemlərlə üzləşməli olurlar. Nəzərə alsaq ki səhmdarlar müqavilə bağlanması tendensiyası artmaqdadır, bu institutun Azərbaycanda “qanuniləşdirilməsi” zərurəti yaranır.

Yerli qanunvericilik bu məsələləri tənzimləmədiyindən, səhmdar müqavilə çərçivəsində yaranan münasibətlərin Mülki Məcəllənin və digər qanunların normalarına nə dərəcədə uyğun olub-olmaması sual altındadır. Təəssüf ki, bu sahədə məhkəmə təcrübəsi olmadığından məhkəmələrin münasibətlərini də proqnozlaşdırmaq çətindir.

Səhmdarlar müqaviləsi vasitəsilə səhmdarlar cəmiyyətin idarəetməsində daha geniş imkanlarla malik olurlar. Tərəflərin müqavilə azadlığı prinsipindən istifadə edərək öz münasibətlərini daha geniş tənzimləmələri bazar iqdisadiyatının tələblərindən biri hesab etmək olar.

Səhmdarlar müqaviləsi bir çox hallarda səhmlərin alqı-satqısını məhdudaşdırması və ya səhmlərin xususi qaydada geri alınması məsələlərini tənzimləyir. Bu müqavilə vasitəsilə minoritar səhmdarların hüquqları müdafiə oluna bilər, məsələn majoritar səhmdarların səhmləri satıldıqda, minoritar səhmdarların tələbi ilə onların səhmlərinin eyni qiymətə məcburi satılması şərti əks oluna bilər.[6] Həmçinin üçüncü şəxslərin cəmiyyətə səhmdar kimi daxil olma imkanlarını məhdudlaşdıran şərtlərdə müqavilədə əks olunaraq tərəflərin maraqlarının qorunmasına xidmət edə bilər.

Hazırkı qanunvericilikdə səhmlərin alqı-satqı hüququnun məhdudlaşdırılması imkanları nəzərdə tutulmayıb. Lakin belə bir müqavilənin bağlanmasına qadağan deyil. Bir sıra hüquqşünaslar hesab edirlər ki, belə bir müqavilədə səhmlərin özgəninkiləşdirmə məhdudiyyəti haqqında şərt pozulduğu halda, maraqlı tərəf Mülki Məcəllənin 350-ci maddəsinə istinad edərək səhmlərin alqı-satqısını mübahisələndirə bilər. Bunun üçün, digər tərəfin bu məhdudiyyət barədə əvvəlcədən bildiyini sübut etməsi gərəkdir.

Qanunvericiliyin normalarının analizi göstərir ki, bu razılaşmaların məhkəmə müdafiəsini və məcburi icrasını təmin etmək mümkün olmama riski böyük olduğundan, Azərbaycan hüququ çərçivəsində belə müqavilənin bağlanması lazımsız əlavə həyəcan və nigaranlığa səbəb olur.

Azərbaycanda bağlanan səhmdarlar müqavilə ilə əlaqəli yaranan problermlərdən qaçmaq məqsədi ilə, bu müqavilələrdə xarici ölkələrin hüququ tətbiq olunan hüquq (governing law) kimi müəyyən edilir. Adətən tərəflər bu müqavilələrdə Böyük Britaniya, ABŞ, İsveçrə və oxşar hüquq sisteminə malik olan ölkələrin hüquqlarına uyğun bağlayırlar. Bağlanmış səhmdar müqavilənin xarici ölkənin yürisdiksiyasına düşməsi üçün bir çox hallarda tərəflər, səhmdar-hüquqi şəxslər lazım olan qeydiyatdan keçirlər və ya yerli şirkətin səhmləri xarici şirkətin idarəetməsinə verilir. Məhkəmə aidiyyətini müəyyən etdikdə tərəflər, müqavilədə əks olunan sərtləri reallaşdirilması mümkün olan məhkəmələri seçirlər, məsələn London və Stokholm arbitrajları.

Görünür, səhmdar razılaşmaların tətbiqi Azərbaycanda yeni mərhələyə çıxması üçün, qüvvədə olan qanunvericiliyə müvafiq dəyişikliklər edilməlidir.

İlk növbədə Mülki Məcəllənin 4-cü fəslinə zəruri əlavələr edilməli, səhmdar razılaşmaların Azərbaycanda bağlamasına imkan yaradılmalıdır. Səhmdarlara ümumi yığıncağın səlahiyyətlərini müqavilə ilə tənzimləmə və  razılaşdırılma hüququ verilməlidir. Bir səhmdar tərəfindən cəmiyyətin idarəetmə organlarına təklif edilən namizədlərin digər səhmdar tərəfindən məcburi dəstəklənməsi kimi hüquq və öhdəliklərin məyyən edilməsinə imkan yaradılmalıdır. Razılaşmada müəyyən edilmiş hallar baş verdikdə səhmlərin (məcburi) alqı-satqı məsələrində tərəflərin hüquq və öhdəlikləri tənzimlənməlidir.

Həmçinin səhmdar razılaşmanın icra təminatı məsələsi qanunveriliciyində öz əksini tapmalıdır. İlk növbədə təminat kimi maliyyə qarantiyaların tədbiqi tənzimlənməlidir, yəni razılaşmanı pozmuş şəxs (razılaşma ilə), müəyyən edilmiş cərimə/kompensasiya ödəməlidir.

Müqavilə azadlığı prinsipinin mövcudluğuna baxmayaraq hazırda Azərbaycan hüququnda yuxarıda qeyd edilən məsələləri həyata keçirmək çətindir. Qeyd edildiyi kimi, səhmlər üzərində sərəmcan hüququn məhdudlaşdırılması haqqinda razılaşma qüvvədə olan qanunveriliklə ziddiyyətdə ola bilər. Idarəetmə orqanlarının formalaşdırılması haqqında razılaşmalar korporativ qanunvericiliyə zidd olsa, mübahisəyə çevrilə bilər. Gəlirlərin xüsusi qaydada bölünməsi haqqında (fərqli dividendlər) müqavilə şərtləri həmcinin imperativ normalara zidd olduğu halda mübahisələndirilə bilər və maraqlı şəxslər öz müqavilə hüquqlarına qorunmasında çətinlik çəkəcəklər.

”Çıxılmaz vəziyyətlərin”(deadlock) həlli Azərbaycan hüququ ilə tənzimlənmir, lakin müasir biznes mühitdə belə hadisələr tez-tez baş verir. Bu əsasən idarəetmə organlarının səsvermə proseslərində və səhmlərin və əmlakin alqı-satqı prosesində baş verən mənfi hallardan biridir. Xarici təcrübədə bu halları aradan qaldırılması üçün mediasiya prosedurlarından istifadə olunur, həmçinin səhmlərin məcburi qeri-alınması mexanizmi geniş tətbiq olunur.

Müəyyən edilmiş qaydada səsvermə haqqında razılaşma zənnimcə hazırki Azərbaycan hüququnda istifadə oluna bilər. Bu növ razılaşmanın mahiyyəti ondan ibarətdir ki, bir necə səhmdar ümumi yığıncaqda (müəyyən edilmiş) razılaşdırılmış qaydada səsvermə öhdəliyi götürürlər. Lakin bu razılaşmanın pozulmasının nəticələri sual doğurur. Beləki qanunda, razılaşmanın pozulması səbəbindən ümumi yığıncağın qərarın ləğv edilməsi nəzərdə tutulmayıb.

Dəymiş zərərlərin yaranmasının səbəblərini və ölçülərini, həmçinin müqavilənin şərtlərinə riayət edilməməsi və nəticədə yaranmış zərərlər arasındaki səbəbiyyət əlaqəsini sübut etmək çətin olacaq. Müqavilədə yüksək dəbbə pulunun müəyyən edilməsi belə problemi həll etmir, belə ki Mülki Məcəllənin 467 maddəsi məhkəmələrə dəbbə pulunun (cərimənin) azaldılma hüququnu verir.

Bu səbəbləri nəzərə alaraq, daha uğurlu alternativ bank qarantiyası ola bilər. Bu halda ödəniş səbəbləri kimi razılaşmada müəyyən edilmiş öhdəliklərin pozulması haqqında sənədlərin təqdim edilməsi mümkündür. Bank qarantiyasının istifadə mümkünlüyü və stabilliyi onun müstəqilliyidir, yani bank qarantiyasının əsas öhdəlikdən asılı olmamağı.

Artıq qeyd edildiyi kimi, Azərbaycan hüququnun sadalanan məhdudiyyətlərindən qaçmaq üçün xarici hüququn tətbiqi alternativ kimi qəbul edilə bilər. Lakin, bu məsələyə birmənalı yanaşmaq çətindir. Beləki, yerli şirkət Azərbaycan hüququnun subyekti kimi çıxış edir və onun hüquq statusu ilə əlaqəli məsələlər Azərbaycan hüququ ilə tənzimlənir. Güman edilir ki, yerli cəmiyyətin statusunu tənzimləyən səhmdarlar müqaviləsinə xarici hüququ tətbiq edilməsi onun etibarsızlığına səbəb ola bilər.

Fərz edilir ki, mübahisə yarandığı halda, məhkəmə Mülki Məcəllənin 98.7 maddəsinə istinad edərək səhmdar razılaşmanın qanunvericiliyə zidd olan şərtlərini etibarsız hesab edə bilər. Lakin ilk növbədə cəmiyyətin iştirakçısı kimi səhmdarın hüquqları (səhmdar-cəmiyyət əlaqəli münasibətlər) və səhmlərin mülkiyyətçisi kimi (əmlak, öhdəlik hüququ münasibətlər), səlahiyyətlərini fərqləndirmək lazımdır. Belə ki, hüquqi şəxsin orqanlarının fəaliyyəti onun hüquqi vəziyyətinin (statusunu) elementidir, ancaq cəmiyyətin iştirakçılarına məxsus olan səhmlər üzərində sərəncam hüququ cəmiyyətin (hüquqi şəxsin) statusu ilə əlaqələndirmək düzgün olmaz. Bu məsələyə müqavilə azadlığı prinsipi prizmasından yanaşmaq lazımdır.

Sonda, qeyd etmək lazımdır ki, müqavilə azadlığı mülki hüququn vacib prinsiplərindən biridir, bu prinsip, qanunvericilikdə nəzərdə tutulmayan müqavilələr bağlanmasına imkan yaradır. Azərbaycan hüququnda səhmdar müqaviləsinin bağlanmasına heç bir qadağa yoxdur və səhmdar cəmiyyətlərdə bir çox münasibətlər iştirakçılar arasında müxtəlif razilaşmalarla tənzimləndiyini nəzərə alaraq, belə bir qadağanın olması məntiqli olmazdır. Mülki məcəllə və cəmiyyətin təsis sənədlərinin səhmdarların hüquq və vəzifələrini nizamlayan alətlər olmasına baxmarayaq, qanunda nizamnamənin səhmdarların hüquq və vəzifələrini nizamlayan yeganə vasitə olmalı deyil..

Istənilən şəxs ona məxsus olan mülki hüquqları öz iradəsinə və maraqlarına uyğun istifadə edir. Subyektiv hüquqları, razılaşma ilə müəyyən edilmiş formada, istifadə etmək öhdəlikləri, məhz hüquqdan öz iradəsinə və maraqlarına uyğun istifadə etmənin nümunəsidir.

Aydındır ki, qanunla müəyyən edilmiş hüquqlar, səhmdar razılaşma ilə ləğv edilmir, tərəflər yalnız müqavilə azadlığı prinsipi və tərəflərin bərabərlik prinsipindən irəli gələrək öz hüquqlarını müəyyən şərtlərlə məhdudlaşdırırlar. Razılaşmanın pozulması nəcisində, şərtləri pozan şəxsə qarşı yalnız müqavilə şərtlərini pozduğuna görə məsuliyyət tətbiq edilə bilər.

Qanun tərəfindən qoyulan tələblərlə yanaşı əlavə şərtlərin müəyyən edilməsi səbəbindən səhmdar razılaşmanın etibarsız hesab etməsi ədalətli görünmür. Zənnimcə, əgər öhdəlik (səhmdar razılaşması çərçivəsində) onun icrası zamanı heç bir qanun pozuntusu ilə nəcilənmirsə, onu etibarsız hesab etmək üçün əsas yoxdur. Ümüd edirəm, bizm hüquq yaxın qələcəkdə, bu xeyirli institutdan istifaetmə imkanlarını genişləndirəcək.

  1. Yekun

Göründüyü kimi, bu məqalədə səhmdarlar müqaviləsinin Azərbaycan hüququnda mümkünlüyü barədə sual qoyulmur. Bu institutun istifadəsinin mümkünlüyünün əsası kimi müqavilə azadlığı prinsipi çixiş edir. Bu növ müqavilənin əsas problemi onun tərkibinin hüdudlarının müəyyən edilməsidir.

Qanunvericilikdə bu növ müqavilə barədə konkret norma olmasada, bu müqaviləyə səhmarlar arasında əlavə əqd münasibətlərinin qurulması prizmasından baxmaq  lazımdır. Bununla tərəflər öz aralarında əlavə hüquq və öhdəliklər, həmçinin mövcud hüquqlarının məhdudlaşdırılması bərədə razılaşırlar.

Məlumdur ki, bir çox ölkələrdə səhmdarlar arasında münasibətlər və üçüncü şəxslərlə münasibətlər, təsis sənədləri ilə tənzimlənir. Lakin biznesin inkişafı nəticəsində münasibətləri əlavə mexanizmlərlə tənzimlənməsinə ehtiyaq yaranir və səhmdarlar müqaviləsi institutu bu tələblərə cavab verə bilən alət kimi çıxış edir.

Beləkilə, səhmdar razılaşmalarına şirkətin mülkiyyəti və idarəetməsi ilə bağlı təsis sənədlərinə əlavə kimi də baxmaq olar. Səhmdar razılaşması korporativ mübahisələrin həlli üçün çox münasib bir alətdir və beynəlxalq təcrübədə də ondan geniş istifadə onun uğurlu tənzimləmə mexanizm olduğunu təsdiqləyir.[7]

Lakin artıq qeyd olunduğu kimi, Azərbaycanda nə qanunvericilikdə nə də məhkəmə təcrübəsində bu müqavilələrin tətbiq edilməsi ilə bağlı məsələlər həll olunmadığından (hüquqi müəyyənlik olmadığından) bu institutdan istifadə zəifdir.

Biznesin və iqtisadiyyatın inkişaf etdikcə müxtəlif müasir və iştirakçıların maraqlarına uyğun institutlardan istifadə artacaq, lakin yerli korporativ qanunvericiliyin bu tələblərə cavab verə bilməməsi və kifəyyət gədər çevik olmaması tərəflər riskləri azaltmaq üçün müxtəlif alternativləri istifadə edərək korporativ əqdlərdən irəli gələn münasibətləri başqa yurisdiksiyalara tabe etdirəcəklər. Nəticədə zərər çəkən yenə də, yerli Azərbaycan hüququ olacaqdır. Beləliklə bu növ müqavilədən istifadə halları artırılmalı və inkişaf etdirilməlidir və yerli hüququmuz buna maksimum əlverişli şərait yaratmalıdır.

Məlumdur ki, dinamik və inkişafa istiqamətlənmiş mühitdə qanunvericilik hər şeyi detallıqla tənzimləyə bilməz. Bu səbəbdən, tənzimlənməyən məsələləri səhmdarlar özləri həll etməlidir və şirkətlərini neçə idarə olunmasını özləri müəyyən etməlidir. Belə olan halda qanunvericiliyin və məhkəmələrin rolu bu müqavilənin hüquqi əsaslarını möhkəmləndirməkdən, aşkar ziddiyətləri həll etmək və yaranan qeyri müəyyənlikləri aydınlaşdırmaqdan ibarət olmalıdır.

Korporativ münasibətlərin tənzimlənməsində təklif olunan dəyişikliklər dövriyyə iştirakçılarına korporativ hüquq sahəsində öz şəxsi hüquqi münasibətlərini tənzimləmələri üçün geniş hüquqi imkanlar yaradır. Əsasən imperativ normalar əsasında qurulan yerli korporativ hüquq, müqavilə azadlığı prinsipinin, (daha dəqiq “korporativ” müqavilə azadlığı) mərkəz nöqtəsi ola bilər. Başqa sözlə, korporativ münasibətləri tənzimləyən normalar yenidən baxılaraq imperativ sahədən çıxarılaraq dispozitiv sahənin üstünlük təşkil etdiyi sahəyə aid edilməlidirlər.

Qanun normaları yalnız oriyentir və istiqamət verməlidir və əgər müqavilədə zəif tərəfin müdafiəsi üçün heç bir ciddi siyasi-hüquqi mülahizələr yoxdursa, istənilən norma “digər qaydalara” yol verməlidir.

[1] А. Куделин. Акционерное соглашение по российскому праву. Журнал «Корпоративный Юрист» N10, 2009

[2] И. Федотов. Соглашение акционеров в отечественной юридической практике. Журнал «Корпоративный Юрист» N5, 2007

[3] Shareholders’ agreements – a practical analysis. Emmet scully, LK shields, solicitors. 30.01.2003.

[4] Вестник Корпоративного Управления. Казахстан. Выпуск 7.

[5] Вестник Корпоративного Управления. Азербайджан. Выпуск 11

[6] Д-р Ханс-Йоахим Шрамм. Правовой обзор соглашений акционеров. Университет г. Бремен. 2007

[7] Shareholders’ Agreements. Muth & FitzGerald. 5th ed. Sweet & Maxwell