2014-cü ildə ABŞ Tələbələri Asosiasiyasının dəstəyi ilə, koporativ hüquq fənni üzrə kitabın nəşrinə nail oldu. Bu kitab korporativ (hüquqi şəxslər) hüquq üzrə Azərbaycan dilində və yerli hüquqa aid ilk kitabdır. Kitabda hüquqi şəxslərin əsasında duran fundamental prinsiplər və vacib tətbiqi məsələlər barədə məlumat verilir.

Kitabın nəşrindən sonra qanunvericilikdə bir sıra dəyişikliklər olmasına baxmayaraq, kitabda əhatə olunan bir çox məsələlər öz aktuallığını saxlayır. Lakin, kitabı nəzərdən keçirərkən korporativ və qiymətli kağızlar bazarı qanunvericiliklərinə edilmiş son dəyişiklikləri nəzərə almağınız tövsiyə olunur.

Kitab, korporativ hüquq sahəsində çalışan hüquqşünaslara, hüquq tələbələrinə və hüquqi şəxslərin fəaliyyəti barədə öyrənmək istəyən şəxslər üçün nəzərdə tutulubdur.

Kitabın adının üzərində klikləyərək elektron versiyanı yükləyə bilərsiniz: Azərbaycan Korporativ (Şirkətlər) Hüququ