Bloqun müəllifi

Emin Kərimov 10 ildən yuxarı kommersiya, korporativ hüquq və mülki proses sahələrində çalışır. Əsas ixtisas istiqamətləri, hüquqi şəxslərin fəaliyyəti, korporativ münasibətlərin razılaşdırılması, şirkətlərin (holdinqlərin) yenidəntəşkili, şirkətlərin birləşməsi və alışı (mergers&acquisition), kommersiya əqdləri və kommersiya mübahisələrin həlli sahələridir. Peşəkar fəaliyyəti dövründə müxtəlif (yerli və xarici) şirkətlərin layihələrində hüquqi məsləhətçi olubdur.

Emin həmçinin Azərbaycanda hüquq tədris sahəsinədə töhvə verməyə çalışır. BDU Hüquq fakultəsində korporativ hüquq, beynəlxalq xüsusi hüquq, beynəlxalq maliyyə/bank hüququ fənnlərini tədris etmişdir. Bundan əlavə hüquq tələbələrinə və hüquqşünaslara müxtəlif praktiki təlim və seminarlar keçirir.

Emin, Azərbaycan Korporativ (Şirkətlər) hüquq kitabının və bir neçə məqalələrin müəllifidir və Bakı Hüquq Juranının təsisçisidir.

Təhsil:

  • ABŞ Minnesota Universiteti, Hüquq Fakultəsi, Magistr (LLM) 2011
  • İngiltərə və Uels Hüquq Koleci, sertifikat programı (2009)
  • Dövlət İdarəçilik Akademiyası, Hüquqşünaslıq, bakalavr,2004

Daha ətraflı məlumata müəllifin LinkedIn səhifəsində baxa bilərsiniz